Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs Gənclər üçün Təhsil Mərkəzinin üzvü ola bilər.
Üzvlük üçün əsas tələblər: - Azərbaycan vətəndaşı olmalı; - 14-35 yaş həddində olmalı; - Azərbaycan dilində yazmağı və oxumağı bacarmalı; - İctimai işlərə marağı olmalı.
Mərkəzə üzv olmaq üçün yazılı şəkildə müraciət etmək tələb olunur.
Üzvlük vərəqini buradan yükləyə bilərsiniz
Üzvlük üçün müraciətlərə Mərkəzin İdarə Heyətində bir ay müddətində baxılır və qərar qəbul edilir.
Mərkəz üzvünün hüquqları: - Mərkəzin idarəçiliyində iştirak etmək; - Mərkəzin hər hansı seçkili, o cümlədən rəhbər orqanlarına seçmək və ya həmin orqanlarda təmsil olunmaq; - Mərkəzin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək; - Mərkəzin üzvü yalnız Mərkəzin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
Mərkəz üzvünün vəzifələri: - Mərkəzin Nizamnaməsinə əməl etmək; - Mərkəzin seçkili orqanlarının qərarlarını yerinə yetirmək; - Nızamnamə tələblərinə riayət etmək.
Mərkəzin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: - Mərkəzin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olaraq mərkəzin fəaliyyətində iştirak etməkdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
Gənclər üçün Təhsil Mərkəzinə üzv seçilən hər bir şəxsə üzvlüyünü təsdiq edən sənəd təqdim olunur.
|
|
|
|
| « Fevral 2012 » | Be | Ça | Ç | Ca | C | Ş | B | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | |
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|