|
|
Əziz dostlar,
Gənclər üçün Təhsil Mərkəzinin internet səhifəsinə xoş gəldiniz.
Məlumat üçün bildirmək istəyirəm ki, Gənclər üçün Təhsil Mərkəzi 2000-ci ildə yaradılmış və fəaliyyət göstərməyə başlamışdır. Əsas məqsədi gənclərin inkişafına kömək etmək olan Mərkəz hazırda Azərbaycanın 30-dan çox regionunda fəaliyyət göstərir. Mərkəz öz regional ofisləri vasitəsilə gənclərin müxtəlif sahələrdə maarifləndirilməsinə, onların ictimai aktivliklərinin artırılmasına, intellektual inkişafına və hüquqlarının müdafiə olunmasına şərait yaradır. Mərkəz gənclərə treininq, kitabxana, kiçik qrant proqramları, mübadilə proqramları, könüllülük proqramları, peşə kursları, məsləhət xidmətləri və s. imkanlar yaradır.
Qeyd etmək istərdim ki, Mərkəz bir çox beynəlxalq təşkilat və şəbəkələrin aktiv üzvüdür və onlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi kimi hər il yüzlərlə gənc ölkəmizdən kənarda keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.
Mərkəz aktiv fəaliyyətinə görə bir neçə dəfə xüsusi mükafatlara layiq görülüb.
Vaxtınızı çox almadan Sizləri internet səhifəsi ilə yaxından tanış olmağa dəvət edirəm. Bu səhifə Sizlərin Mərkəz və onun yenilikləri haqqında mütəmadi məlumatlar əldə etməniz üçün hazırlanmışdır. Burada Mərkəzin tarixi, məqsəd və vəzifələri, həyata keçirdiyi proqram və layihələr, görülmüş işlər, elanlar və başqa bölmələrlə tanış ola bilərsiniz.
Sizləri Mərkəzin təklif etdiyi bütün xidmətlərdən istifadə etməyə dəvət edirəm və ümid edirəm ki, bizimlə əməkdaşlıq etməkdən zövq alacaqsınız.
Sizlərə uğurlar.
Ən xoş arzularla,
Vüsal Quliyev
Ən çox oxunan məlumatlar
» “Gəncliyimiz və 135 illik mətbuatımız” » "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir » “Könüllülük Məktəbi” yaradıldı » "QHT Məktəbi"nin yay proqramları bitdi » Qafqazda təhsil üzrə əməkdaşlıq » Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər » “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı » Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
| |
|