Məqsədimiz: Gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakını təmin etmək; Gənclərin intellektual səviyyəsini inkişaf etdirmək; Gənclərin hərtərəfli maarifləndirilməsinə və təhsilin inkişafına kömək etmək; Gənclərin Avropaya inteqrasiyasını təşkil etmək; Ali məktəbi bitirən işsiz gənclərin işlə təmin olunmasına kömək etmək.
Vəzifələrimiz: Hüquqi, iqtisadi və sosial maarifçilik işi aparmaq; Maarifçilik sahəsində qabaqcıl dünya təcrübəsini öyrənmək və təbliğ etmək; Ölkə gənclərinin intellektual potensialının artırılmasına kömək etmək; Sosial, mədəni-humanitar vəziyyətin monitorinqini aparmaq; Sosial-iqtisadi sahələrdə təşəbbüsləri təhlil etmək və onların reallaşdırılmasına kömək etmək; Təhsil müəssisələrinə maddi-texniki yardımlar etmək; Elm və təhsil sahəsində çalışan gənclərə maddi yardımlar etmək; Gənclərdə sağlam həyat və düşüncə tərzini inkişaf etdirmək; Yeniyetmə və uşaqların etik-estetik tərbiyəsini, onların digər dəyərli keyfiyyətlərinin inkişaf etdirilməsinə kömək etmək; Mədəni-maarif sahəsində əlaqələrin inkişafı üçün bütün yaradıcı potensialdan, onların bilik və bacarığından səmərəli istifadə etmək; Gənclərin işlə təmin olunmalarına kömək etmək; Maarifçilik əhval-ruhiyyəsinin genişlənməsi və inkişafına kömək etmək.