ELAN - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə həvəskar gənclər arasında video rolik müsabiqəsi
 Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə həvəskar gənclər arasında video rolik müsabiqəsini elan edir. Müsabiqənin məqsədi gənclərin dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fikirlərini ictimaiyyətə çatdırmaq, onların yeni təşəbbüslərinin formalaşmasına və müstəqilliyimizin qorunmasında gənclərin ən aparıcı qüvvə olmasına kömək etməkdir. Kimlər iştirak edə bilər: Yaşı 16-dan 25-dək olan gənclər. Müsabiqəyə təqdim olunan video roliklər üçün əsas şərtlər: - Maksimum 7 dəqiqədən artıq olmamalı;
|
ELAN - Fransada "Beynəlxalq Yay Düşərgəsi"
 Əgər yay tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin Beynəlxalq Yay Düşərgələri Proqramına müraciət edə bilərsiniz. Beynəlxalq Yay Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir. Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, Siz bu fürsətdən istifadə edib yeni-yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.
|
ELAN - Macarıstanda beynəlxalq yay düşərgəsi
 Gənclər üçün Təhsil Mərkəzinin Macarıstandan olan partnyoru Egyeshek Təşkilatı beynəlxalq yay düşərgələrinə qəbul elan edir. Düşərgələrin müddəti: may sentyabr 2011-ci il aralığında, arzu edilən 12 gün. Düşərgənin keçirildiyi yer: Macarıstan, Holokko qəsəbəsi (UNESCO-nun Dünya Mədəniyyət İrsi - www.holloko.hu) Düşərgədə iştirak etmək üçün aşağıdakılar tələb olunur: - İngilis dilini bilmək (danışıq səviyyəsində) - Xarici pasport - Valideynlərin razılığı - Könüllülük həvəsi
|
ELAN - Hollandiyada beynəlxalq təlimlərə qəbul
 Gənclər üçün Təhsil Mərkəzi üzvü olduğu Beynəlxalq Synergy Şəbəkəsinin Hollandiyanın Ommen şəhərində təşkil etdiyi 3 beynəlxalq təlim proqramına iştirakçıların qəbulunu elan edir. Təlimlərin adı və vaxtları: 1) Practical communication and coaching - 4-10 iyul 2011-ci il 2) Choice training 24-29 iyul 2011-ci il 3) Event wise 13-20 avqust 2011-ci il
|
ELAN - "QHT Məktəbi" yaz təlimlərinə qəbul elan edir
 Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən QHT Məktəbi yaz təlimlərinə qəbul elan edir. Təlim kursunun məqsədi: QHT nümayəndələrinin iş təcrübəsini inkişaf etdirmək, bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etmək. Təlimdə kimlər iştirak edə bilər: Yaşı 16-dan yuxarı olan hər bir şəxs Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzular tədris edilir: - QHT fəlsəfəsi - QHT-nin yaradılması və qeydiyyatı - QHT idarətməsi və strukturun inkişafı
|
Beynəlxalq təlimə qəbul -18-24 mart 2011, Hollandiya, Ommen şəhəri
 Gənclər üçün Təhsil Mərkəzi üzvü olduğu Beynəlxalq Synergy Şəbəkəsinin Hollandiyanın Ommen şəhərində təşkil etdiyi beynəlxalq təlim proqramına iştirakçıların qəbulunu elan edir. Təlimin adı: Event Wise Təlimin vaxtı: 18-24 mart 2011-ci il Təlim proqramında iştirak etmək üçün aşağıdakılar tələb olunur: - İngilis dilini bilmək (danışıq səviyyəsində) - Xarici pasport
|
ELAN - QHT Məktəbinin qış təlimləri
 Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən QHT Məktəbi ödənişli qış təlimlərinə qəbul elan edir. Təlim kursunun məqsədi QHT nümayəndələrinin iş təcrübəsini inkişaf etdirmək, bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir . Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzular tədris edilir: - QHT fəlsəfəsi - QHT-nin yaradılması və qeydiyyatı - QHT idarətməsi və strukturun inkişafı - QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR)
|
ELAN - "Vətənpərvər kimdir?" inşa müsabiqəsi
 Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupu və Gənclər üçün Təhsil Mərkəzi Çingiz Mustafayevin 50 illiyinə həsr olunmuş Vətənpərvər kimdir? adlı inşa müsabiqəsini elan edir. Müsabiqənin məqsədi: Məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdan ibarətdir. Kimlər iştirak edə bilər: Yalnız aşağıda adları qeyd olunan məcburi köçkün məktəblərinin 5-ci, 6-cı və 7-ci sinif şagirdləri:
|
DƏVƏT - "Tanıyaq, Tanıdaq" proqramının təqdimatı
 Gənclər üçün Təhsil Mərkəzi ölkəmizin tarixi-mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin tanıdılması məqsədilə 2 illik Tanıyaq, Tanıdaq proqramının rəsmi təqdimat mərasimini təşkil edir. Mərasim 29 sentyabr 2010-cu il, saat 11:00-da Azərbaycan Dövlət İncəsənət Muzeyində (ünvan: Niyazi küçəsi 9/11, Prezident Sarayının qarşısı) keçiriləcək.
|
ELAN - FACEBOOK İSTİFADƏÇİLƏRİNİN NƏZƏRİNƏ !
 Gənclər üçün Təhsil Mərkəzi facebook sosial şəbəkəsinin üzvləri arasında Təhsil bizim gələcəyimizdir mövzusunda profil müsabiqəsi elan edir. Müsabiqəsinin əsas məqsədi sosial şəbəkələr vasitəsilə gənclərin müasir təhsilimizlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır. Müsabiqənin qaydaları və əsas tələblər: Hazırlanmış profil şəkillərinin mövzusu sərbəst müəyyən edilməli (məsələn: təhsil müəssisələrində real vəziyyət, müəllim-şagird münasibətləri və s.); İştirakçılar arzu etdikləri formatda profil şəkili hazırlayaraq, onu öz profil şəkilləri ilə əvəz etməli; Profil şəkilləri 3 gün dəyişdirilməməli; Hazırlanmış profil şəkilini Gənclər üçün Təhsil Mərkəzinin facebook şəbəkəsində olan qrupunda (Educational Center for Youth) nümayiş etdirməli; Profilin hazırlanıb yerləşdirilməsi barədə Mərkəzin əlaqələndirici şəxsinə məlumat verməli; Hazırlanmış profil şəkili müsabiqə iştirakçısının özü tərəfindən hazırlanmalı və ya çəkilməlidir.
|