Bizi sosial şəbəkələrdə izləyin:
 





 

Bu gün Ağcabədi rayonunda gənclər günü qeyd olundu. Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının və rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə rayon rəsmiləri və gənclər iştirak etmişdir.
Tədbirdə rayon gənclərinin müxtəlif səhnəcikləri nümayiş etdirilmiş və muğam mərkəzinin musiqiçiləri tərəfindən gözəl ifalar səsləndirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və ictimai-siyasi şöbənin müdiri Rahilə Şükürova rayonda müxtəlif sahələrdə fəallıq göstərən istedadlı gəncləri təltif etmişdirlər.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalanmışdır.
İmzalanmış memoranduma əsasən tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya mübadiləsi, təşkilatlararası təcrübə mübadiləsi, fəaliyyət hesabatlarının mübadiləsi, əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, birgə təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcəkdir.


 

Bu gün YAP Ağcabədi rayon təşkilatının binasında İcra Hakimiyyəti YAP ərazi ilk partiya təşkilatı idarə heyətinin, Gənclər Birliyinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov açdı. 20 yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə YAP Qadınlar Şurasının üzvü Qəmzə Əkbərova çıxış edərək qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən azadlıq mübarizəsinə qalxmış günahsız insanlar ağır texnika və avtomatik silahlarla güllə-boran edilmiş, qanlı faciə törədilmişdir. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməmiş, əksinə 20 yanvarda tökülmüş qan Respublikamızın müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin mübarizlik simvoluna çevrilmişdir.
Tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının rəhbəri Radə Qafarovanın hazırladığı 20 yanvar faciəsinə həsr edilmiş video-film nümayiş etdirildi.
Video-filmin nümayişindən sonra Gənclər üçün Təhsil mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının əməkdaşı Firəngiz Nağıyeva çıxış edərək dedi ki, 20 yanvar hadisəsi törədilən zaman mən körpə uşaq idim. Həmin hadisənin televiziya vasitəsilə nümayişi zamanı mən çox dəhşətli qorxu keçirdim və anamdan bu hadisənin nə üçün baş verdiyini soruşdum. Anam mənə bu haqda izahat versə də heç nə başa düşmədim. Böyüdükdən sonra qanlı 20 yanvar faciəsinin səbəblərini və mahiyyətini başa düşdüm. Mənə aydın oldu ki, hadisənin əsas səbəbi azadlıq və müstəqillik əldə etmək istəyən xalqımızın istəyini boğmaq, iradəsini sarsıtmaq və bununla da öz müstəqilliyini əldə etmək istəyən digər xalqların da gözünü qırmaq üçün erməni lobbisinə satılmış, sonralar öz ölkəsinə qarşı satqınlığın mükafatı olaraq Nobel sülh mükafatı təqdim edilmiş Mixail Qorbaçov və onun əlaltılarının rəvac verdiyi, əzəli Qarabağ torpaqlarının Azərbaycandan qoparılaraq ermənilərə verilməsi vədi olmuşdur.


 

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur. Artıq 1990-cı il 20 yanvar hadisələrindən 22 il keçir.
Bu gün Gənclər üçün Təhsil Mərkəzində faciənin 22-ci ildönümü ilə əlaqədar olaraq “22 ildir unutmuruq!” adlı internet aksiya başladı.
Mərkəzin Bakı və bir neçə regional ofisində başlayan aksiya çərçivəsində müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli şəkildə internet vasitəsi ilə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərirlər. Artıq yüzlərlə gənc bu aksiyaya qoşulublar.
Bir neçə gün davam edəcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.


 

19 yanvar 2012 » Azeri » Elanlar və yeniliklər » Hesabatlar
Gənclər üçün Təhsil Mərkəzinin əsas prioritet istiqamətləri arasında hər il olduğu kimi ötən il də gənclərin və təhsilin inkişafı xüsusi yer tutub. Bu gün ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf tempinə uyğun gənclərimizin və təhsilimizin inkişafı, müasir texnologiyaların tətbiqi, dünya arenasında təmsilçilik və s. labüdləşir. İnkişaf edən hər bir sahədə təcrübəli və ictimaiyyətçi gənclərin olması zərurət təşkil edir.
Bu baxımdan Mərkəz təhsilin inkişafı istiqamətinə, yeni təcrübə sahələrinin tətbiqinə, gənclərimizin qeyri-formal təhsilinin inkişafına, region gənclərinin aktivləşməsinə və digər fəaliyyətlərə üstünlük verib. Ötən il mərkəzdə həm “Turizm ili” ilə əlaqədar, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.
Doğrusu yeniliklər də, prioritetlər də çoxdur. Lakin bunların hamısı üçün zaman çox azdır. Bizi həmişə zaman sıxır. Bunlara baxmayaraq biz bu il əsas gücümüzü ötən ildəki məsələlərə yönəldəcəyik. Çünki bizim gördüyümüz iş davamlılığını qorumalıdır, yoxsa yarımçıq qalıb əhəmiyyətini itirər.
Yeniliklər sırasında bir neçə regional ofisimizin açılmasını, yeni beynəlxalq QHT şəbəkələrinə daxil olacağımızı, Mərkəzin “Tələbə” qəzetinin yenidən işıq üzü görəcəyini, bir neçə beynəlxalq mübadilə proqramlarının həyata keçiriləcəyini və s. qeyd edə bilərəm.


 

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 22 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 22-ci ildönümü ilə əlaqədar olaraq “22 ildir unutmuruq!” adlı internet aksiyaya başlayır.
18-20 yanvar 2012-ci il tarixində keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Mərkəzin mətbuat xidmətinin rəhbəri İnqilab Fərzəliyev bildirmişdir ki, aksiya nəinki Bakı şəhərində, eyni zamanda Mərkəzin regional ofislərində də keçiriləcək. Aksiya çərçivəsində müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli şəkildə internet vasitəsi ilə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər.


 

Bu gün ölkədə kifayət qədər istedadlı gənclər var ki, onların təşəbbüsləri yarımçıq qalır. Bu baxımdan düşünürəm ki, Gənclər Fondu həmin gənclərin hər zaman yanında olacaq, onlara dəstək verəcək. Bu sözləri Gün.Az-a açıqlamasında Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Rasim Ağayev deyib.
O, fondun xarici ölkələrə yaxşı təcrübə nümunəsi olacağını istisna etmədiyini bildirib. “Gənclər Fondunun yaradılması dövlətin gənclərə olan diqqət və qayğısının daha bir formasıdır. Fondun xarici ölkələrə yaxşı təcrübə nümunəsi olacağını istisna etmirəm. Çünki xarici ölkələrin çoxunda belə təcrübə azdır. Ona görə ümid edirəm ki, onlar bizim təcrübədən yaxın gələcəkdə yararlanmaq üçün müraciət etməli olacaqlar” - deyə, o qeyd edib.


 

Azərbaycanın ictimai sektorunda nüfuzlu internet səhifələrdən biri olan “resurs.az” bir ay bundan öncə maraqlı sorğuya başlamışdır.
Əsas məqsədi 2011-ci ildə ən effektiv fəaliyyət göstərən gənclər təşkilatını müəyyən etmək olan sorğuya 10 QHT-nin adı daxil edilmişdir.
Bu günlərdə bitən sorğuda ümumilikdə 2122 internet istifadəçisi iştirak etmişdir.
Beləliklə, sorğunun nəticələrinə əsasən 40 faiz səslə Gənclər üçün Təhsil Mərkəzi qalib olmuşdur.


 

Gənclər üçün Təhsil Mərkəzi növbəti ilin əvvəlindən etibarən İtaliyanın “Provincia di Rieti” və “Gruppo il Samaritano” təşkilatları ilə gənc könüllülərin mübadiləsi layihəsinə başlayır.
Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində dəstəklənən əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycan və İtaliyanın gənc könüllülərinin uzunmüddətli mübadiləsi təşkil olunacaq.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin bildirdiyinə görə, mübadiləyə ilk olaraq, Azərbaycan tərəfdən Mərkəzin nümayəndəsi Həvvaxanım Qurbanova başlayır. O, 12 ay müddətində İtaliyada “Qaçqınlar” adlı layihədə xidmət göstərəcək və mübadilə proqramını davam etdirəcək. Layihə çərçivəsində Azərbaycandan olan gənc könüllülər İtaliyaya gələn qaçqınlar və sığınacaq axtaranlar üçün yaradılmış məntəqələrdə onların qəbuluna, onlarla işin təşkilinə, cəmiyyətə inteqrasiyalarına və s. kömək edəcək.


 

Gənclər üçün Təhsil Mərkəzi 2012-ci ilin əvvəlindən etibarən gənclərin elmi yaradıcılığına dəstək verəcək yeni proqrama başlayacaq.
Proqramın əsas məqsədi gənclərin elmi yaradıcılıq fəaliyyətinə marağının artırılması, müxtəlif elm sahələri üzrə araşdırma və tədqiqat işlərinin aparılmasında gənclərə dəstək verilməsi, gənclərin elmi mübadilələrinin təşkil olunması, gənclərə elmi işlərin hazırlanmasında texniki yardımın göstərilməsi və elmi yaradıcılıq işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılmasına kömək etməkdir.
Bunun üçün Mərkəz müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq etmək, onlarla birgə müxtəlif tədbirlərin keçirilməsi üçün tədbirlər planı üzərində işləyir.
Qeyd edək ki, növbəti ildən etibarən proqram çərçivəsində intensiv olaraq, elmi işlərin və məqalələrin hazırlanmasına, eyni zamanda elmi müdafiələrin təşkili qaydalarına həsr olunmuş təlimlər də keçiriləcəkdir.




Bölmələr



Son xəbərlər

Saat

Təqvim
«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

Keçidlər








Sorğu
GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 


Linklər
Bizə qoşul
Bizi izlə
Mövzulara E-mail ilə abunə ol