QHT Məktəbi payız təlimlərinə başlayır
 Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən QHT Məktəbi növbəti payız təlimlərinə start verəcək. 2002-ci ildə Mərkəz tərəfindən yaradılmış QHT Məktəbinin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 830 nəfərin məzun olduğu QHT Məktəbinin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar elan əsasında müraciət edib, seçiləcəklər.
|
Mərkəzin 38 üzvü tələbə adını qazandı
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində tələbə adını qazanmış 38 nəfər Mərkəz üzvü ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Mərkəzin direktor müavini Elnur Axundov orta məktəbi yeni başa vurmuş və bu il tələbə adını qazanmış üzvləri səmimi qəlbdən təbrik etmişdir. Bildirmişdir ki, tələbə adını qazanmaq yalnız bu gənclərin deyil, həm də Gənclər üçün Təhsil Mərkəzinin uğurudur. Çünki onların təhsilə marağının artırılmasında, yüksək bilik və təcrübə toplamasında Mərkəzin xüsusi xidmətləri olmuşdur.
|
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
 Beynəlxalq 350.org Təşkilatı 21-30 avqust 2010-cu il tarixdə Türkiyədə Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsini təşkil edir. Avropa və Asiyadan olan gənc liderlərin iştirak etdiyi bu düşərgənin keçirilməsində məqsəd qlobal iqlim dəyişikliyi və dünyada baş verən ekoloji problemlərə gənclərin münasibətini öyrənmək, ideya və təkliflərini müəyyən etməkdir. Bir həftə davam edəcək tədbirdə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar keçiriləcək, işçi qruplarda müzakirələr aparılacaq və təkliflər hazırlanacaq.
|
Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
 Sabah 12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir. Ölkəmizdə də Beynəlxalq Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyi tərəfindən bir sıra təntənəli tədbirlər keçirilməkdədir.
|
Sən də könüllü ol !
 Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı layihəsi çərçivəsində Sən də könüllü ol! maarifləndirici aksiya həyata keçirir. Əsasən region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən aksiya gənclər arasında sosial sahələrdə könüllülük işinə maraq oyatmağı nəzərdə tutur.
|
Tanıyaq, Tanıdaq proqramı başlayır
 Gənclər üçün Təhsil Mərkəzi ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılması məqsədilə Tanıyaq, Tanıdaq proqramının icrasına başlayır. Proqram Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəliyi öz üzərinə götürür. Buna səbəb gənclərimiz arasında Azərbaycanın mədəniyyət abidələri, muzeyləri, incəsənət ocaqları, eləcə də mədəniyyət xadimləri haqqında məlumatlılığın zəif olması, gənclərin incəsənət obyektlərinə (muzey, kino, teatr) getməməsi, ölkəmizdə olan əcnəbi gənclərin də mədəniyyətimiz haqqında geniş təsəvvürə malik olmadan buradan getməsi, keçmiş filmlərimizin gənclər tərəfindən tanınmaması, ümumilikdə mədəni irsimizə və adət-ənənələrimizə gənclərin biganə münasibətidir.
|