"Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı" adlı yeni layihə başladı
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” adlanan layihənin uzunmüddətli məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir.
|