“Ali təhsildə QHT-lərin rolu” mövzusunda konfrans keçiriləcək
 Gənclər üçün Təhsil Mərkəzi cari ilin sentyabr ayında “Ali təhsildə QHT-lərin rolu” adlı konfransın keçirilməsini planlaşdırır. Bu barədə mətbuata məlumat verən Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində yerli və beynəlxalq QHT-lərin potensialından yararlanmaq, QHT-lərin bu prosesdə fəal iştirakını təşviq etməkdir.
|
“Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” mövzusunda Beynəlxalq Seminar
 “Youth Beam” Ictimai Birliyi, Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Beynəlxalq Görüşünü təşkil edir. 17 – 23 sentyabr, 2010 -da “Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Gənclər Görüşü, Azərbaycanda Quba şəhərində təşkil olunacaq.
|
Bakıdan regionlara təhlükəsiz yol
 Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Hər iki qurumun rəhbərliyi arasında “Bakıdan regionlara təhlükəsiz yol” adlı layihə üzrə müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən bir neçə ay davam edəcək layihənin əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir.
|
Uşaq hüquqları tamaşalarda
 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi maraqlı tədbirlər proqramı həyata keçirib. Lent.az-ın məlumatına görə, Mərkəz bu gün regionlarda uşaq hüquqlarının təbliği məqsədilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar keçirib. Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalarda yüzlərlə məktəbli və yeniyetmə iştirak edib, onlar uşaq hüquqları və onun qorunması mexanizmi barədə praktiki məlumatlar əldə edə biliblər.
|
Hüquq və beynəlxalq hüquq fakültəsinin tələbələrinin nəzərinə!
 Gənclər üçün Təhsil Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinin 60 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə məqalə müsabiqəsi elan edir. Məqalə müsabiqəsinin əsas məqsədi tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.
|