Ekoloji yay məktəbləri təşkil olunacaq
 Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən “Ekoloji yay məktəbləri” təşkil edəcək. Mərkəzdən mətbuata verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.
|
Gənclər təbii fəlakətdən əziyyət çəkənlərə yardım edirlər
 Sabirabad rayonunda baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi də gənclər arasında yardım aksiyalarının keçirilməsinə start verib. Məlumata görə, 3 gün ərzində 200-dən artıq gənc üçün müxtəlif geyim və ərzaq toplanıb. Toplanmış yardımlar bu gün Mərkəz əməkdaşları tərəfindən Şirvan şəhərində təbii fəlakətdən əziyyət çəkən insanlar üçün qurulmuş çadırlardakı gənclərə aparılıb.
|
Gənclər üçün Təhsil Mərkəzi birinci oldu
 Xeber24.com saytında bir ay bundan öncə keçirilməyə başlayan "Azərbaycanda hansı gənclər təşkilatının fəaliyyətini daha yüksək qiymətləndirirsiniz?" adlı sorğu başa çatdı. Sorğuda iştirak edən 405 nəfərin 205-i (50.6%) səslərini "Gənclər üçün Təhsil Mərkəzi"nə verərək bu gənclər təşkilatını sorğunun qalibi edib.
|