“Parlaq Düşüncənin Gücü” mövzusunda təqdimat
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində “Parlaq Düşüncənin Gücü” adlı təqdimat mərasimi keçirilmişdir. Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi. Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada “daxili səsimizi eşitməyi bacarırıqmı”, “seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir”, “daxili nitqimizi nə dərəcədə dəyişə bilərik”, “həyatda bizə nəyin mane olduğunu necə bilək”, “özünə inamsızlıq nədən yaranır” və s. mövzulara toxunulmuşdur.
|