Vüsal Quliyev gənclər siyasətinə həsr olunmuş beynəlxalq seminarda iştirak edir
 Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev mart ayının 9-da Ukraynada Avropa Şurasının və Soros Fondunun dəstəyi ilə təşkil olunan beynəlxalq seminara yollanmışdır. “Gənclər siyasətinin inkişafı” mövzusunda keçirilən seminarın əsas məqsədi Şərqi Avropa və Qafqaz regionunda gənclər siyasətinin inkişaf etdirilməsi, birgə layihə və proqramlar həyata keçirməkdir.
|