|
|
ELAN - Məqsədə nail olmağın sirri
 Gənclər üçün Təhsil Mərkəzi Sizləri Məqsədə nail olmağın sirri adlı təqdimata dəvət edir. Təqdimatın keçirilməsində əsas məqsəd gənclərə məqsədə çatmaqda düzgün hədəf seçə bilmək və həyata yeni baxışla baxmaq haqqında psixoloji biliklər verməkdir. Təqdimat Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində, psixoloq Saqibə Əhmədova tərəfindən aparılacaqdır.
|
Müasir təlim metodları kitabı hazırlanır
 Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq Müasir təlim metodlar adlı kitabın hazırlanmasına başlayıb. Özündə beynəlxalq və yerli təcrübəyə əsaslanmış bilikləri toplayan kitabın hazırlanmasında əsas məqsəd qeyri-formal təhsilin inkişafına kömək etmək, eləcə də müasir təlim, seminar və təqdimatların keçirilməsi zamanı ehtiyac duyulan nəzəri və praktiki informasiyalardan istifadəni asanlaşdırmaqdır. Kitabda interaktiv təlimlərin, seminarların, eləcə də təqdimat və konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi zamanı hansı addımların atılması, hazırlıq və icra prosesi zamanı istifadə olunan metodlar, bu sahədə yerli və beynəlxalq təcrübə, təlimçilər üçün bilgilər və s. məlumatlar öz əksini tapacaq.
|
Parlaq Düşüncənin Gücü mövzusunda təqdimat
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Parlaq Düşüncənin Gücü adlı təqdimat mərasimi keçirilmişdir. Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi. Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada daxili səsimizi eşitməyi bacarırıqmı, seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir, daxili nitqimizi nə dərəcədə dəyişə bilərik, həyatda bizə nəyin mane olduğunu necə bilək, özünə inamsızlıq nədən yaranır və s. mövzulara toxunulmuşdur.
|
ELAN - Almaniyada təhsil almaq imkanları mövzusunda seminar
 Almaniya Federativ Respublikasında təhsil almaq imkanlarınızı genişləndirmək və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını öyrənmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin Almaniyada təhsil almaq imkanları mövzusunda seminarda iştirak edə bilərsiniz. Seminar 07 aprel 2010-cu il tarixdə Almaniyanın Kassel Universitetinin qlobal siyasi iqtisadiyyat üzrə magistri Sultan Zahidov tərəfindən keçiriləcək.
|
Baltikyanı ölkələrin gənclər təşkilatları Mərkəzə səfər etmişdir
 Bir neçə gün bundan öncə Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı ölkəmizə tanışlıq səfərinə gəlmişdir. Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatmışdır. Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir.
|
Vusal Guliyevs interview to the newspaper Kaspi
 Although Educational Centre for Youth is a young organization, it started to implement concrete projects and programs in the direction of solving social problems of youth in different regions. The Centre implementing more than 500 projects in different fields like efficiently organizing of youths free time, protecting of youths rights, technical assistance to educational institutions, developing vocational courses, preparing new literatures, youth clubs and libraries, organizing cultural programs and etc. is one of the most active organizations dealing with youth. A new educational year has already begun. Normally in these circumstances the NGOs have to be more active, present new projects dealing with work with youth, in a word, have to use from youths energy they accumulated during the holidays. We talked to Vusal Guliyev, the founder of Educational Centre for Youth about that. Vusal Guliyev stated that Educational Centre for Youth was created by a group of students study in Baku in 2000, December 12. The Centre of which main objective is to increase citizens participation in the development of civil society and to help solving their social problems has defined its activity directions like the development of youth, education, culture and civil society.
|
Mərkəz Novruz Bayramını kimsəsiz insanlarla birgə qeyd etdi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzi Novruz bayramını kimsəsiz uşaqlar və yaşlı insanlarla birgə qeyd etmişdir. Bayram sevincini diqqətdən kənarda qalmış insanlarla birgə bölüşmək məqsədi daşıyan tədbirdə uşaqlara və yaşlı insanlara bayram hədiyyələri verilmiş, süfrə açılmış və mədəni-əyləncəli proqram təşkil edilmişdir. Tədbirdə Mərkəzin rəhbərliyi ilə yanaşı, incəsənət ustaları və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdir.
|
Vüsal Quliyev gənclər siyasətinə həsr olunmuş beynəlxalq seminarda iştirak edir
 Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev mart ayının 9-da Ukraynada Avropa Şurasının və Soros Fondunun dəstəyi ilə təşkil olunan beynəlxalq seminara yollanmışdır. Gənclər siyasətinin inkişafı mövzusunda keçirilən seminarın əsas məqsədi Şərqi Avropa və Qafqaz regionunda gənclər siyasətinin inkişaf etdirilməsi, birgə layihə və proqramlar həyata keçirməkdir.
|
Türk tələbələri Vüsal Quliyevlə görüşdü
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Azərbaycanda təhsil alan bir qrup türk tələbə ilə Mərkəzin direktoru Vüsal Quliyev arasında görüş keçirilmişdir. Əsas məqsədi iki qardaş ölkənin tələbələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olan görüşdə bir sıra məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir. Belə ki, türk tələbələr ictimai işlərdə fəallıq göstərmək niyyətində olduqlarını, lakin bunun üçün imkanların az olduğunu qeyd etmişlər. V.Quliyev rəhbəri olduğu Mərkəzin, eləcə də digər müvafiq qurumların daima türk gənclərə və tələbələrə xüsusi diqqət ayırdığını, onlarla birgə işləmək marağında olduğunu, həmçinin bunun üçün zəruri imkanların mövcudluğunu bildirmişdir.
|
Yaponiya Səfirliyinin nümayəndələri Gənclər üçün Təhsil Mərkəzində olduları
 Bu gün Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tanışlıq və gələcək əməkdaşlıq üçün Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində oldular. Mərkəzin direktoru Vüsal Quliyev qonaqlara Mərkəz haqqında geniş təqdimat etdi və görülmüş işlər barədə məlumat verdi. O, 2008-ci ildə Göygöl rayonu Aşıqlı kənd orta məktəbinin yenidən bərpa edilməsində Mərkəzə verdiyi dəstəyə görə Səfirliyə bir daha təşəkkür etdi.
|
|
|