
Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start verib.
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulub.
Layihə başladığı vaxtdan günə kimi nəzərdə tutulan fəaliyyətlərlə birbaşa olaraq 1400 region gəncini əhatə edə bilib.