“Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlı Konfrans öz işinə başladı
 Bu gün 2 fevral Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzində region gənclərinin iştirakı ilə Konfrans öz işinə başlamışdır. “Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlanan Konfransın əsas məqsədi region gənclərinin uğurlarını qeyd etmək, onların problemlərini və ehtiyaclarını müzakirə etmək, həlli üçün müvafiq qurumlarla tərəfdaşlıq etməkdir. 12 regiondan 30 gəncin iştirakı keçirilən konfransı giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev Konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verdi və bildirdi ki, bu tədbir region gənclərinin inkişafı istiqamətində atılan addımlardan tamamilə fərqlənəcək və konkret nəticələr verəcəkdir.
|