Milli azlıqlardan olan gənclərin layihələri başa çatır
 Bir neçə ay bundan öncə, Azərbaycanda ilk dəfə olaraq regionlarda yaşayan və milli azlıqlardan olan gənclərin kiçik layihə təşəbbüslərinə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən maliyyə dəstəyi verilmişdir. Əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai fəallığını artırmaq və onların yerli problemlərin həllində iştirakını təşviq etmək olan proqram artıq bitmək üzrədir. Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Fərqli olsaq da, birlikdəyik” adlı layihə çərçivəsində reallaşan 10 kiçik layihə milli azlıqdan olan gənclərin təşəbbüsü ilə meydana çıxmış və icra edilmişdir.
|