ELAN - Fransada "Beynəlxalq Yaz Düşərgəsi"
 Əgər yaz tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Beynəlxalq Yaz Düşərgələri” Proqramına qoşula bilərsiniz. Beynəlxalq Yaz Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir. Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, siz bu fürsətdən istifadə edib yeni – yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.
|