“20 ildir unutmuruq” internet aksiyasına start verildi
 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur. Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq bu gün “20 ildir unutmuruq” adlı internet aksiyaya start verdi. 19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir. Aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.
|