«    Yanvar 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31



Mövzulara E-mail ilə abunə ol










 

Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ildə gördüyü işlər haqqında ictimaiyyəti, eləcə də öz üzvlərini məlumatlandırmaq məqsədilə növbəti həftə yekun konfrans keçirəcək.
Konfransda Mərkəzin ötən il ərzində həyata keçirdiyi layihə və proqramlar, tədbirlər, beynəlxalq əməkdaşlıq və s. haqqında məlumatlar veriləcək.


 

Bir neçə ay bundan öncə, Azərbaycanda ilk dəfə olaraq regionlarda yaşayan və milli azlıqlardan olan gənclərin kiçik layihə təşəbbüslərinə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən maliyyə dəstəyi verilmişdir.
Əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai fəallığını artırmaq və onların yerli problemlərin həllində iştirakını təşviq etmək olan proqram artıq bitmək üzrədir.
Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Fərqli olsaq da, birlikdəyik” adlı layihə çərçivəsində reallaşan 10 kiçik layihə milli azlıqdan olan gənclərin təşəbbüsü ilə meydana çıxmış və icra edilmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə 29-30 yanvar 2010-cu il tarixdə Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Türk Toplum Gönüllüləri Vakfının nümayəndləri Azərbaycana gəlir.
Səfərin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları ilə əməkdaşlıq etmək və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə proqramlar icra etməkdir.


 

23 yanvar 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əgər yaz tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Beynəlxalq Yaz Düşərgələri” Proqramına qoşula bilərsiniz. Beynəlxalq Yaz Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, siz bu fürsətdən istifadə edib yeni – yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.


 

Gənclər virtual aləm haqqında bilik əldə edirlərGənclər üçün Təhsil Mərkəzi ötən ilin sentyabr ayından Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclər üçün İKT Məktəbi” layihəsini davam etdirir.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.
Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin başladığı vaxtdan bu günədək 2680 gənci əhatə edib.


 

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq bu gün “20 ildir unutmuruq” adlı internet aksiyaya start verdi.
19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.


 

11 yanvar 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əziz gənclər!

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq internet aksiya keçirmək qərarına gəlmişdir.
İnternet aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Bu məqsədlə Vətən qarşısında olan borcumuzu qismən də olsa yerinə yetirmək üçün hamınızı aksiyada aktiv iştiraka dəvət edirik.
Aksiya 19-20 yanvar 2010-cu il tarixdə Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində keçiriləcək.
Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına start verdi. “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.




Ən çox oxunan məlumatlar

» “Gəncliyimiz və 135 illik mətbuatımız”
» "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
» “Könüllülük Məktəbi” yaradıldı
» "QHT Məktəbi"nin yay proqramları bitdi
» Qafqazda təhsil üzrə əməkdaşlıq
» Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər
» “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı
» Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur