«    İyul 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 



Mövzulara E-mail ilə abunə ol










 

“20 ildir unutmuruq” internet aksiyasına start verildi
20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq bu gün “20 ildir unutmuruq” adlı internet aksiyaya start verdi.
19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.
Daha sonra əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərməyə başladılar.
Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrinə təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçirilir.


Share Çap versiya     Səhifə 313 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» “Gəncliyimiz və 135 illik mətbuatımız”
» "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
» “Könüllülük Məktəbi” yaradıldı
» "QHT Məktəbi"nin yay proqramları bitdi
» Qafqazda təhsil üzrə əməkdaşlıq
» Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər
» “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı
» Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur