«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək verilməyə başladı
Bu gün Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına start verdi. “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris ediləcək.
Təlim proqramları zamanı tədris edilənlər vahid ədəbiyyat halında tərtib edilərək, region gənclərinə paylanılacaq.
Layihə çərçivəsində əlavə olaraq İnformasiya təminatı və məlumat xidməti də yaradılacaq ki, bu da layihə benefisiantlarının fərdi qaydada məsləhət və informasiya almasına kömək edəcək.


Share Çap versiya     Səhifə 451 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur