GƏNCLƏRİN NƏZƏRİNƏ !
Gənclər üçün Təhsil Mərkəzi və İnternational Exchange Center “Work and Travel USA proqramı gənclərin gözü ilə” adlı video rolik müsabiqəsi elan edir.
Müsabiqəsinin əsas məqsədi:
Gənclərin “Work and Travel USA proqramı” haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etməkdir.
Müsabiqəyə təqdim olunan video roliklər üçün əsas şərtlər:
- 3 dəqiqədən artıq olmamalı;
- Rolikdə istifadə olunan şəkillər və videolar aydın olmalı;
- Rolikin əvvəlində adı, sonunda isə hazırlayan şəxsin adı və soyadı, təhsil aldığı ali məktəb və kurs göstərilməli.
Video rolikin düzəlməsində mövzuya uyğun şəkil və videolardan, subtitorlardan, musiqilərdən və sound effektlərdən istifadə etməyə icazə verilir.
Video rolikin düzəlməsində reklam xarakterli şəkillərdən və ya loqolardan, mövzuya uyğun olmayan şəkillərdən və ya videolardan istifadə etməyə icazə verilmir.
Qeyd: Video rolikdə “Work and Travel USA proqramı”nın yaxşı tərəfləri ilə birgə, pis tərəfləri də təsvir oluna bilər. Video rolik müsabiqə təşkilatçılarına bütün video formatlarda təqdim oluna bilər.
Müsabiqədə kimlər iştirak edə bilər:
Müsabiqədə sonuncu kurs tələbələri istisna olmaq şərti ilə bütün tələbələr iştirak edə bilər.
Müsabiqənin dili:
Müsabiqəyə təqdim olunan video roliklərdə azərbaycan və ingilis dilindən istifadə olunmalıdır.
Müsabiqənin nəticələri:
Müsabiqəyə təqdim olunacaq bütün video roliklər 10 yanvar 2010-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi və İnternational Exchange Center ilə birgə yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 video rolik aşağıdakı formada mükafatlandırılacaq.
1-ci yer: ABŞ-da pulsuz olaraq Work and Travel USA proqramında iştirak;
2-ci yer: Xarici müəllimlər tərəfindən Bakıda 2 aylıq pulsuz ingilis dili kursu;
3-cü yer: Xüsusi hədiyyə.
Video roliklərin təqdim olunması üçün son müddət:
10 yanvar 2010-cu il, saat 17:00-dək qəbul ediləcək.
Müsabiqə üçün hazırlanmış video rolikləri aşağıda göstərilmiş ünvana təqdim edilməlidir:
Əlaqə üçün:
Əlaqələndirici şəxs: Elnur Axundov
Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə (Torpaq Komitəsinin yanı)
Tel/faks: (+994 12) 434 22 03
Mob: (+994 55) 254 45 43
E-mail: elnur@gtm.az
www.gtm.az
www.iec.az