Beynəlxalq İnsan Hüquqları Günü regionlarda qeyd olunur
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 6 rayonda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır. Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, “Açıq qapı” məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək. Maarifləndirici tədbirlər çərçivəsində gənclər arasında insan hüquqlarına həsr olunmuş müxtəlif nəşrlər paylanacaq və bir sıra ədəbiyyatlar rayonların mərkəzi kitabxanalarına hədiyyə ediləcək.
|
| Share |
Çap versiya Səhifə 457 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|