Beynəlxalq Könüllülər Günü qeyd olunur
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə bir neçə rayonda gənclərin iştirakı ilə könüllü fəaliyyətlər həyata keçirməyə başlamışdır. Beyləqan və Füzuli rayonlarının kəndlərində bu gün və sabah keçiriləcək könüllü fəaliyyətlərin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etməkdir. 2 gün ərzində keçiriləcək və 300-ə yaxın gəncin iştirak edəcəyi könüllü fəaliyyətlərə kəndlərdə və kənd məktəblərinin ətraflarında ekoloji təmizlik işlərinin apraılması, yaşlı insanlara məişət işlərində kömək və s. aiddir. Bu gün hər iki rayonda qeyd edilən tədbirlərdə iştirak edəcək gənclərə könüllü fəaliyyətlə bağlı seminar keçirilmiş və beynəlxalq təcrübəyə həsr olunmuş filmlər nümayiş etdirilmişdir. Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.
|
| Share |
Çap versiya Səhifə 386 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
QHT Məktəbi payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|