«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Region gənclərinin karyera imkanları artırılır
Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi 5 regionda gənclər üçün karyera imkanlarının artırılmasına həsr olunmuş “Uğurlu karyera naminə” təlim proqramlarının keçirilməsinə başlamışdır.
Əsas məqsədi region gənclərinin iş axtarılması və rezyume (CV) hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanması olan proqram Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında icra ediləcək.
Ümumilikdə bu ilin sonuna qədər 750 gənci əhatə edəcək proqram əmək bazarının ilkin araşdırılması yolu ilə şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, rezyume (CV) və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanmasını nəzərdə tutur.
Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən adı çəkilən regionlarda gənclərin təlim proqramlarına cəlb edilməsi üçün elanlar verilir və məlumatlandırma görüşləri keçirilir. Onun sözlərinə görə proqram heyəti seçimlər zamanı əsasən uzun müddət karyera imkanı məhdud olan, bu sahədə bilik və təcrübəyə malik olmayan gənclərə üstünlük verir.
Qeyd edək ki, Mərkəz növbəti il üçün həmin regionlarda gənclər üçün Karyera Sərgisinin təşkilini də planlaşdırır.


Share Çap versiya     Səhifə 362 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur