“Azərbaycan Konstitusiyası – 14 il” mövzusunda konfrans keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində «Azərbaycan Konstitusiyası – 14 il» mövzusunda konfrans keçirilib. Tədbirə qatılan elm işçiləri, hüquqşünaslar, QHT və KİV nümayəndələri 1995-ci ildə qəbul olunmuş konstitusiyanın Azərbaycan tarixində yeni səhifə açdığını, vətəndaş cəmiyyətinin quruculuğu işində ən uğurlu addım olduğunu bildiriblər. Bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olduğunu vurğulayan tədbir iştirakçıları ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd ediblər. Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev Azərbaycan Konstitusiyası barədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi qeyd edib. O, hər bir azərbaycanlının həm Qurani-Kərimi, həm də konstitusiyanı mükəmməl bilməsinin vacibliyini vurğulayıb.
|
| Share |
Çap versiya Səhifə 507 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|