“Gənclərin inkişafında BDU-nun rolu” mövzusunda seminar keçirilib
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş seminar keçirilmişdir. “Gəncləri inkişafında BDU-nun rolu” adlanan seminarın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyinin formalaşmasında xüsusi rolu olan Bakı Dövlət Universiteti haqqında əcnəbi gənclərin dolğun məlumatlar almasına kömək etmək idi. Ölkəmizdə işləyən və təhsil alan 20 nəfər əcnəbi gəncin qatıldığı seminar zamanı iştirakçılara BDU-nun yaranma tarixi, fəaliyyəti, uğurları və s. barədə geniş məlumat verilmişdir. Seminar BDU-nun məzunları, Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundov və Mərkəzin proqramlar üzrə koordinatoru Samir Quliyev tərəfindən keçirilmişdir. Seminar zamanı iştirakçılara BDU haqqında təqdimatlar edilmiş, Universitet haqqında xüsusi nəşrlər hədiyyə edilmişdir.
|
| Share |
Çap versiya Səhifə 520 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
Sən də könüllü ol ! »
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|