«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

3 noyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
"Bələdiyyələr gənclərin gözü ilə" məqalə müsabiqəsi
GƏNCLƏRİN NƏZƏRİNƏ !



Gənclər üçün Təhsil Mərkəzi bu ilin oktyabr ayından başlayaraq həyata keçirdiyi “Bələdiyyələrə dəstək, özümüzə kömək” proqramı çərçivəsində “Bələdiyyələr gənclərin gözü ilə” məqalə müsabiqəsi elan edir.

Məqalə müsabiqəsinin əsas məqsədi:
Gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.

Məqalə müsabiqəsi üçün mövzular:
• Bələdiyyə və gənclər əməkdaşlığı;
• Bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi;
• Gənclər və bələdiyyə seçkiləri;
• Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları;
• Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu;
• Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri.

Müsabiqə üçün əsas tələblər:
• Məqalələr yalnız gənclər tərəfindən hazırlanmalıdır;
• Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır;

Müsabiqənin dili:
Müsabiqəyə təqdim olunan məqalələr azərbaycan dilində təqdim olmalıdır.

Müsabiqənin nəticələri:
Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 01 dekabr 2009-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.
Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə Mərkəzin xüsusi diplom və hədiyyələri təqdim olunacaq.

Məqalələrin təqdim olunması üçün son müddət:
Məqalələr 01 dekabr 2009-cu il, saat 17:00-dək qəbul ediləcək.

Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, office@ecy-az.org elektron poçt ünvanına da göndərilə bilər. Məqaləni elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi “Bələdiyyə” yazın.

Əlaqə üçün:
Əlaqələndirici şəxs: Ağayev Rasim / proqram koordinatoru
Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə
Tel/faks: (+994 12) 434 22 03
Mob: (+994 70) 303 45 88
E-mail: rasim@ecy-az.org


Share Çap versiya     Səhifə 678 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur