«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur
Gənclər üçün Təhsil Mərkəzi ötən aydan etibarən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənclər üçün İKT Məktəbi” layihəsi çərçivəsində bir sıra fəaliyyətlərin əhatə dairəsini genişləndirmişdir. Belə ki, Bakı şəhərində yerləşən internat məktəblərində aparılan maarifçilik işlərinin həm də şəhərdaxili və şəhərətrafı qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkün məntəqələrində də davam etdirilməsinə başlanılmışdır.
Əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsi olan layihə çərçivəsində hədəf ərazilərdəki gənclər üçün internet resurslarından səmərəli istifadəyə həsr olunmuş praktik təlimlər keçirilir.
Təlimlərdə iştirakçılara İKT imkanlarından, xüsusilə də internet resurslarından (elektron poçtlar, facebook, skype, axtarış sistemləri və s.) istifadə qaydaları tədris edilir.
Qeyd edək ki, təlimlərin keçirilməsi zamanı internet resurslarından istifadənin səmərəliliyinə xüsusi diqqət yetirilir.
Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb.


Share Çap versiya     Səhifə 438 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur