«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Texniki-peşə təhsilli insanlara tələbat artır
Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini icra etməyə başlamışdır. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.
Hazırda layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
Artıq layihə özünün konkret bəhrəsini verməyə başlamışdır. Belə ki, 22 müxtəlif texniki şirkət özünün kadr seçimi qaydalarında dəyişikliklər etmiş və müraciət edən şəxslərin texniki-peşə təhsilli olmasını vacib şərt kimi müəyyən etmişdir. Eləcə də, biznes qurumlarının texniki-peşə məktəbləri ilə əməkdaşlıq imkanları artırılmış, təhsil alan gənclərin həmin müəssisələrdə praktika keçmələrinə və gələcəkdə işlə təmin olunmalarına razılıq alınmışdır.
Qeyd edək ki, icra edilən layihə ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamaqdadır.
Hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır.


Share Çap versiya     Səhifə 381 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur