«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“QHT Məktəbi”nin payız təlimləri başladı
Ötən gün Gənclər üçün Təhsil Mərkəzinin “QHT Məktəbi” payız təlimləri silsiləsinə start verildi.
2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “QHT Məktəbi” təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
Bu günədək 700-dən çox insanın iştirak etdiyi “QHT Məktəbi” təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar.
Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzular tədris edilir:
- QHT fəlsəfəsi və QHT nədir
- QHT-nin yaradılması və qeydiyyatı
- QHT idarətməsi və strukturun inkişafı
- QHT-də ictimaiyyətlə əlaqələr (PR)
- QHT-də beynəlxalq əlaqələr
- Layihə təkliflərinin hazırlanması
- Maliyyə axtarışı
- Layihələrin proqram və maliyyə idarəetməsi
- Monitorinq və qiymətləndirmə
- QHT-lərdə kargüzarlıq işinin təşkili
Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçirilən “QHT Məktəbi”nin payız təlimləri 2 ay davam edəcək.
Ötən gün 2 qrupda başlayan ilk dərslərə ümumilikdə 50 nəfər iştirakçı seçilmişdir. İlk dərs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər doktoru Eldar Aslanov tərəfindən keçirilmişdir.
Qeyd edək ki, payız təlimlərinin sonunda əvvəlki illərdən fərqli olaraq “QHT Məktəbi” iştirakçılarının əldə etdiyi biliklərin qiymətləndirilməsi sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcək. Bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.


Share Çap versiya     Səhifə 566 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur