«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“Region gənclərinin inkişafına dəstək” proqramı başladı
Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən “Region gənclərinin inkişafına dəstək” proqramının icrasına start verdi.
Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb.
Proqram 2 mərhələ olmaqla, Azərbaycanın 24 rayonunu əhatə edəcək. Proqramın birinci mərhələsində 24 rayonun hər birində gənclər qrupları arasında görüşlər və qiymətləndirmə sorğuları keçiriləcək, onların ehtiyac və təklifləri öyrəniləcəkdir. İkinci mərhələdə isə öyrənilmiş ehtiyaclara əsasən layihə və tədbirlər həyata keçiriləcək.
Proqram Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Kürdəmir, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Şəki, Balakən, Qax, Gəncə, Qazax, Şəmkir, Tovuz, Xaçmaz və Siyəzən rayonlarını əhatə etməklə, minlərlə gəncin həyatında müsbət dəyişikliklər etməyi nəzərdə tutur.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi icra ediləcək proqram çərçivəsində özünün bir neçə regional ofisinin yaradılmasını və bu ofislər vasitəsilə gənclər üçün müxtəlif təhsil və sosial xidmətlər göstərilməsini planlaşdırır.


Share Çap versiya     Səhifə 540 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur