«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Gənclərin xaricdə təhsil almaq imkanları artırılır
Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən gənclərin xaricdə təhsil almaq imkanlarının artırılmasına həsr olunmuş seminar öz işinə başlamışdır.
Seminarı giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev tədbirin əsas məqsədi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, seminar gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdan ibarətdir.
Daha sonra seminar Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Chevining proqramının təqaüdçüsü Şahin Bayramov tərəfindən davam etdirilmişdir. O, seminar iştirakçılarına ən yaxşı xarici universitetlər, onlara müraciət forması, həmin universitetlərə qəbul qaydaları və müxtəlif təhsil proqramları haqqında ətraflı məlumat vermişdir.
100 nəfərə yaxın gəncin iştirak etdiyi seminarda iştirakçılara zəruri materiallar paylanmış və onların sualları cavablandırılmışdır.
Sonda V.Quliyev bu seminarların davamlı olacağını və yaxın vaxtlarda Mərkəzdə xaricdə təhsillə bağlı məsləhət xidmətinin yaradılacağını bildirmişdir.


Share Çap versiya     Səhifə 571 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur