«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur
Asudə vaxtın səmərəli təşkili uşaq və gənclərimizin gündəlik həyatlarında qarşılaşdıqları əhəmiyyətli məsələlərdəndir. İri şəhərlərimizdə müxtəlif ictimai iaşə, əyləncə və mədəniyyət ocaqlarının fəaliyyət göstərməsinə baxmayaraq, orada asudə vaxtlarını keçirənlərin sayı həddindən artıq azdır. Çünki onların əksəriyyəti pullu xidmət göstərir və gənclərimiz üçün əlverişsiz məkanda yerləşirlər.
Asudə vaxtın səmərəli təşkili problemi regionlarımızda xüsusilə nəzərə çarpır. Region gənclərinin və uşaqlarının gündəlik həyatını müşahidə etsək görərik ki, onlar asudə vaxtlarını ya evdə, ya bağ işlərində çalışmaqla, ya da çayxanalarda keçirirlər.
Bu problemləri müşahidə edərək Gənclər üçün Təhsil Mərkəzi 2 ilə yaxındır ki, Füzuli rayonu Qayıdış qəsəbəsində icra etdiyi layihə çərçivəsində həmin ərazidə yaşayan məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi yer ayırmışdır.
Belə ki, Mərkəz Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsi yaratmış və onun vasitəsilə müxtəlif xidmətlər göstərməyə başlamışdır.
Yay tətili başlayandan bu günə qədər Komitədə məcburi köçkün uşaqların intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təbliğ olunması, yeni istedadların üzə çıxarılması və s. istiqamətlərdə dərnək və klublar yaradılmışdır.
Artıq yay tətili müddətində məktəblilərin iştirakı ilə 2 ekskursiya, 1 musiqi festivalı, 3 idman yarışı, 2 intellektual müsabiqə, 1 yay düşərgəsi və 3 görüş keçirilmişdir.
Bununla yanaşı Komitənin ofisində quraşdırılmış kompyuter avadanlıqları və kitabxana da məktəblilərin ixtiyarına verilmişdir.


Share Çap versiya     Səhifə 162 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur