«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“Gəncliyimiz və 135 illik mətbuatımız”
“Gəncliyimiz və 135 illik mətbuatımız”Bu gün Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan “Tələbə” qəzetinin birgə təşəbbüsü ilə “Gəncliyimiz və 135 illik mətbuatımız” adlı dəyirmi masa keçirilmişdir.
Əsas məqsədi gənclərimizin milli mətbuatın inkişafında oynaya biləcəyi rolu və gələcəkdə verə biləcəklərin töhfələri müzakirə etmək olan tədbir milli mətbuatımızın 135 illik tədbirləri çərçivəsində keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Mərkəzin direktor müavini Elnur Axundov milli mətbuatımızın keçdiyi 135 illik tarixi yol haqqında məlumat verərək, bu prosesdə fəal iştirak edən tarixi şəxsiyyətlərimiz və onların fəaliyyəti barədə danışmışdır.
Dəyirmi masada iştirak edənlər də tədbirin əhəmiyyəti barədə danışaraq, “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının bütün dövrlərdə həqiqət carçısı olduğunu və xalqımızın maariflənməsində mühüm rol oynadığını qeyd etmişlər.
Dəyirmi masa iştirakçılarının böyük əksəriyyəti bu gün gənclərimizin milli mətbuatın inkişafında oynadığı roldan razı olmadıqlarını və bu prosesdə passiv mövqe tutduqlarını da vurğulamışdılar. Qeyd etmişdilər ki, bu gün çox az gənc tapmaq olar ki, mətbuat orqanına rəhbərlik edir, mətbu orqanı yaradır, öz inkişafını mətbuatda görür. Eləcə də, bu gün çox az mətbu orqanı tapmaq olar ki, əsasən gənclər məsələlərini işıqlandırır. Bu səbəbdən də dəyirmi masa iştirakçıları fürsətdən istifadə edib müasir gənclərimizi mətbuatın inkişafına biganə qalmamağa səsləmişlər.


Share Çap versiya     Səhifə 233 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur