«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

"Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində zərərin azaldılması” layihəsinin icrasını uğurla davam etdirir.
Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir. Sentyabr ayının sonunadək davam etdiriləcək layihə çərçivəsində Sumqayıt şəhərində “yardım məntəqəsi” yaradılmışdır ki, bu da öz növbəsində layihə fəaliyyətlərinin reallaşdırılmasına xidmət edir. Yaradılmış məntəqə gənclər üçün təlimlər və profilaktik tədbirlər təşkil etməklə yanaşı, narkotikə aludə olan gənclərin həkimlərə göndərilməsini, psixoloji və hüquqi yardımlar almasını tənzimləyir.
Qeyd edək ki, bu günədək 3800-dən çox gənc bu layihənin həyata keçirdiyi fəaliyyətlərdən birbaşa bəhrələnmişdir.
Mərkəzin mətbuat xidmətinin məlumatına əsasən layihənin ictimai əhəmiyyətliliyini nəzərə alaraq növbəti ildə Sumqayıt şəhərində narkotik istifadəçisi olan və artıq istifadəçisi olmuş gənclər üçün asudə vaxtın səmərəli təşkili mərkəzinin yaradılması nəzərdə tutulur. Yaradılması planlaşdırılan mərkəz vasitəsilə həmin gənclərin peşə bacarıqlarının artırılmasına, müxtəlif təlimlər keçməsinə, informasiya kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə köməklik göstəriləcək.


Share Çap versiya     Səhifə 227 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur