«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“Ali təhsildə QHT-lərin rolu” mövzusunda konfrans keçiriləcək
Gənclər üçün Təhsil Mərkəzi cari ilin sentyabr ayında “Ali təhsildə QHT-lərin rolu” adlı konfransın keçirilməsini planlaşdırır.
Bu barədə mətbuata məlumat verən Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində yerli və beynəlxalq QHT-lərin potensialından yararlanmaq, QHT-lərin bu prosesdə fəal iştirakını təşviq etməkdir.
O, bildirmişdir ki, ötən həftə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilmiş müşavirədən biz QHT-lər də nəticə çıxarmalıyıq. Çünki inkişaf etməkdə olan cəmiyyətimizə güclü iqtisadiyyatla, güclü ordu ilə yanaşı, həm də güclü ali təhsilə malik olan kadrlar lazımdır.
Qeyd edək ki, Mərkəzin planlaşdırdığı konfransda əsasən təhsil sahəsində çalışan yerli QHT-lərlə yanaşı, inkişaf etmiş ölkələrdən də müxtəlif təhsil təşkilatlarının və ekspertlərinin iştirakı nəzərdə tutulur.
Konfrans zamanı ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret təkliflər toplanaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim olunacaq.


Share Çap versiya     Səhifə 216 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur