
Xeber24.com saytında bir ay bundan öncə keçirilməyə başlayan "Azərbaycanda hansı gənclər təşkilatının fəaliyyətini daha yüksək qiymətləndirirsiniz?" adlı sorğu başa çatdı.
Sorğuda iştirak edən 405 nəfərin 205-i (50.6%) səslərini "Gənclər üçün Təhsil Mərkəzi"nə verərək bu gənclər təşkilatını sorğunun qalibi edib.
"Yeni İstedadlar" Uşaq və Gənclər Təşkilatı 74 (18.3%) səslə ikinci, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı (DAK GT) 69 (17%) səslə üçüncü olublar.
Sorğunun nəticələrinə əsasən digər təşkilatların nəticələri belə olub:
-Müsavat Partiyası Gənclər Təşkilatı 18 (4.4%),
-İrəli İctimai Birliyi 9 (2.2%),
-Bakı Slavyan Universiteti TələbəGənclər Təşkilatı (BSU TGT) 8 (2%),
-Dalğa Gənclər Hərəkatı 6 (1.5%),
-"Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı 6 (1.5%),
-Azərbaycan Gənclər Platforması 5 (1.2%),
-Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı 2 (0.5%),
-Gənclər Klubu İB 2 (0.5%),
-Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Təşkilatı 1 (0.2%).
Qeyd edək ki, sorğu aprel ayının 29-da bitib.