«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

1 iyun 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Hüquq və beynəlxalq hüquq fakültəsinin tələbələrinin nəzərinə!
Gənclər üçün Təhsil Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinin 60 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə məqalə müsabiqəsi elan edir.

Məqalə müsabiqəsinin əsas məqsədi:
Tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.

Məqalə müsabiqəsi üçün mövzular:
Müsabiqə iştirakçıları Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı müxtəlif mövzulardan istifadə etməkdə sərbəstdirlər.

Müsabiqə üçün əsas tələblər:
- Məqalələr yalnız hüquq və beynəlxalq hüquq fakültəsində təhsil alan bakalavr və magistlər tərəfindən hazırlanmalıdır;
- Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır;

Müsabiqənin dili:
Müsabiqəyə təqdim olunan məqalələr azərbaycan dilində təqdim olmalıdır.

Müsabiqənin nəticələri:
Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 21 iyun 2010-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.
Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq.

Məqalələrin təqdim olunması üçün son müddət:
Məqalələr 18 iyun 2010-cu il, saat 17:00-dək qəbul ediləcək.

Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, office@ecy-az.org elektron poçt ünvanına da göndərilə bilər. Məqaləni elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi “Avropa İnsan Huquqlari Mehkemesi” yazın.

Əlaqə üçün:
Əlaqələndirici şəxs: Elnur Axundov
Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə
Tel/faks: (+994 12) 434 22 03
Mob: (+994 55) 254 45 43
E-mail: elnur@gtm.az
www.gtm.az


Share Çap versiya     Səhifə 150 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur