«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“Şagird İnkişaf Komitəsi” modeli regionlarda inkişaf etdirilir
Gənclər üçün Təhsil Mərkəzi ötən ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başladı. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.
Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin effektiv icra edilməsi, eləcə də Komitənin işinin səmərəli təşkili məqsədilə Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılmışdır. Buraya zəruri texniki avadanlıqlar, xüsusilə də ofis və kompyuter avadanlıqları təqdim edilmişdir.
2 ilə yaxın müddətdir ki, Komitə Füzuli rayonunda şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris edir, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək verir, müxtəlif nəşrlər hazırlayır, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşlərini keçirir.
Hazırda Komitədə layihənin yeni mərhələsinə, valideynlərlə iş, qazanılmış təcrübənin digər regionlara ötürülməsinə və yeni əməkdaşlıqların qurulması prosesinə başlamışdır. Belə ki, bu mərhələdə valideynlərin Komitənin işində yaxından iştirak etməsi və bunun üçün xüsusi tədbirlərin həyata keçirilməsi, əldə olunmuş uğurların digər regionlarda davam etdirilməsi nəzərdə tutulur.


Share Çap versiya     Səhifə 326 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur