“Qlobal Gənclər Xidməti Günü” Azərbaycanda da qeyd olunur
 Əsası ilk dəfə 1988-ci ildə ABŞ-da qoyulan, hər il milyonlarla uşaq və gənc tərəfindən öz icmalarında göstərilən xidmətlərin inkişafı münasibəti ilə qeyd edilən “Qlobal Gənclər Xidməti Günü” bu ildən başlayaraq Azərbaycanda da qeyd olunacaq. Qeyd edilən gün 100-dən artıq ölkədə keçirilir və əsas məqsədi gənclərə göstərilən icma xidmətlərinin inkişaf etdirilməsidir. 23-25 aprel 2010-cu ildə qeyd ediləcək “Qlobal Gənclər Xidməti Günü” isə ölkəmizdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq. Qeyd edək ki, Mərkəz bu tədbirlərin keçirilməsi üçün Azərbaycanda Milli Agentlik kimi seçilib. Mərkəz bu gün çərçivəsində bir sıra tədbirlərin keçirilməsini planlaşdırır ki, bunlar da əsasən Azərbaycanın bir neçə regionunu əhatə edəcək. Tədbirlər planına icmalarda gənclərlə görüşlərin keçirilməsi, yarış və sərgilərin təşkili daxildir.
|
| Share |
Çap versiya Səhifə 313 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
Sən də könüllü ol ! »
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|