«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradıldı
Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start vermişdir.
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur.
Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır.
Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilmişdir.
Layihənin davamlılığının təmin edilməsi və eləcə də region gənclərinə mütəmadi olaraq dəstək vermək üçün “İnformasiya təminatı və məlumat xidməti” də yaradılmışdır. Qeyd edək ki, Bakı şəhərində yaranmasına baxmayaraq, xidmət layihəni əhatə edən regionlarda yerli nümayəndələr vasitəsilə həyata keçiriləcək.
Xidmətin əsas işi region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiyaların onlara ötürülməsini təmin etmək, seminarlar təşkil etmək, yeni iş yerləri və iş elanları haqqında məlumat toplusu hazırlamaqdır.


Share Çap versiya     Səhifə 308 dəfə oxunub


Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur