Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı
 Dünən Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı. Əsas məqsədi könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin yaranması prosesində azərbaycanlı gənclərlə yanaşı türkiyəli tələbə-gənclər də iştirak etmişdir. Qeyd edək ki, nümayəndəliyin yaranması üçün Gənclər üçün Təhsil Mərkəzi bir neçə dəfə qarşılıqlı tanışlıq səfərlərinin keçirilməsini təmin etmişdir. Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxovanın verdiyi məlumata əsasən 7 aprel tarixində Vakfın baş ofisindən nümayəndə heyəti ilkin planlaşdırma və təlimatlandırma üçün ölkəmizə səfər edəcək, bir sıra tədbirlər həyata keçirəcəklər.
|
| Share |
Çap versiya Səhifə 413 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
QHT Məktəbi payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|