
Əziz gənclər!
Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfı (TOG) və Gənclər üçün Təhsil Mərkəzi birgə bu günlərdə TOG-un Azərbaycan nümayəndəliyinin yaradılmasına qərar verilmişdir.
Nümayəndəliyin yaradılması münasibəti ilə 6-9 aprel 2010-cu ildə ölkəmizə TOG-un baş ofisindən qonaqlar dəvət edilmişdir.
Əgər Siz də TOG-un Azərbaycan nümayəndəliyinin fəaliyyətində yaxından iştirak etmək, könüllü olmaq, eləcə də ölkəmizdə olan qonaqların təlimlərində iştirak edib, növbəti dövr üçün planlarla tanış olmaq istəyirsinizsə bizə qoşulun!
Bunun üçün Sizləri 7 aprel 2010-cu il, saat 12:30-da Anadolu litseyinde (Nəsimi rayonu, Ə.Hüseynzadə 77) keçiriləcək tədbirə dəvət edirik.
İştirak etmək istəyənlərin əvvəlcədən qeydiyyatdan keçməsi zəruridir. Bunun üçün göstərilən elektron poçt ünvanına və ya şəxsə müraciət etməniz tələb olunur.
Əlaqələndirici şəxs : Günay Sadıxova
Tel: (+994 12) 434 22 03
E-mail: gunay@ecy-az.org