Baltikyanı ölkələrin gənclər təşkilatları Mərkəzə səfər etmişdir
 Bir neçə gün bundan öncə Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı ölkəmizə tanışlıq səfərinə gəlmişdir. Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatmışdır. Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir. Səfərdə iştirak edən gənclər təşkilatları da Mərkəzin fəaliyyətindən məmnun olduqlarını, onun öz ölkələrindəki gənclər təşkilatlarından daha səmərəli işlər gördüyünü diqqətə çatdırmış və yaxın zamanlarda birgə proqramlar həyata keçirəcəklərini vurğulamışlar.
|
| Share |
Çap versiya Səhifə 364 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|