|
|
Beynəlxalq İnsan Hüquqları Günü regionlarda qeyd olunur
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 6 rayonda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır. Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, Açıq qapı məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək.
|
BRITISH COUNCIL - SORĞU
 Gənclər üçün Təhsil Mərkəzi Sizi British Council təşkilatının Mədəni Əlaqələr layihəsi çərçivəsində keçirilən sorğuda fəal iştirak etməyə dəvət edir. Sorğunun əsas məqsədi sizin İngiltərə və ölkəniz arasındakı mədəni əlaqələrə baxışlarınızı araşdırmaqdır: bu əlaqələr nə qədər möhkəm, nə qədər əhəmiyyətlidir və hansı yollarla bu əlaqələri daha da möhkəmləndirmək olar. Sorğu üç hissədən ibarətdir: 1-ci hissə: Məhz sizə aid olan suallardan ibarətdir ki, əsas məqsəd Sizin baxışlarınızı və işlədiyiniz təşkilatı öyrənməkdir; 2-ci hissə: Sizin işlədiyiniz sektorda Böyük Britaniya və ölkəniz arasındakı əlaqələrə münasibətinizi əks etdirir; 3-cü hissə: Böyük Britaniya və ölkəniz arasındakı münasibətlərin təbiəti haqqında daha geniş düşüncələrinizi əks etdirir.
|
Uşaq ili çərçivəsində görülmüş işlərlə bağlı yekun konfrans keçirildi
 Dünən Gənclər üçün Təhsil Mərkəzi Uşaq ili çərçivəsində gördüyü işlərə yekun vurmaq, eləcə də görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə konfrans keçirdi. Konfransda Gənclər üçün Təhsil Mərkəzinin həm Bakı şəhərində, həm də ölkəmizin rayon və kəndlərində uşaqlarla bağlı həyata keçirdiyi fəaliyyətlərə həsr olunmuş geniş təqdimatlar edildi. Qeyd edək ki, Mərkəz bu il ərzində uşaq məsələləri ilə bağlı 11 layihə həyata keçirmişdir ki, onlar əsasən uşaq hüquqlarının təbliğinə, onların dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə, mədəniyyət təşəbbüslərinin inkişafına və sağlamlıqlarının təbliğinə həsr olunmuşdur.
|
Beynəlxalq Könüllülər Günü qeyd olunur
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə bir neçə rayonda gənclərin iştirakı ilə könüllü fəaliyyətlər həyata keçirməyə başlamışdır. Beyləqan və Füzuli rayonlarının kəndlərində bu gün və sabah keçiriləcək könüllü fəaliyyətlərin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etməkdir.
|
İnternetdə AİDS-ə qarşı mübarizə aksiyası
 Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr AİDS-lə Beynəlxalq Mübarizə Günü münasibəti ilə internet aksiyaya yekun vurdu. 1 gün davam edən aksiyanın əsas məqsədi internet istifadəçilərinin AİDS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək idi. Mərkəz üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 4200 nəfər elektron poçt istifadəçisinə AİDS və onunla mübarizə yolları haqqında materiallar göndərildi.
|
Məktəblilər arasında rəsm müsabiqəsi başa çatdı
 Gənclər üçün Təhsil Mərkəzi 26 oktyabr 2009-cu ildən 5 regionun məktəbliləri arasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi elan etmişdir. Əsas məqsədi regionlardakı məktəblilərin Azərbaycanın təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağının artırılması, təsviri sənətə maraq göstərən istedadların aşkar edilməsi və stimullaşdırılması olan müsabiqəyə 28 noyabr 2009-cu il tarixdə Beyləqan rayonunda yekun vurulmuşdu. Əsasən Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişli rayonlarının məktəblilərini əhatə edən müsabiqəyə 58 rəsm əsəri təqdim edilmişdir.
|
Gənclər üçün Media Məktəbi yaradılır
 Məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır. Gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamətlər vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən Məktəb ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq edəcək.
|
Gənclərin xarici dillərdə ünsiyyət qurmaq bacarığı artırılır
 Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq gənclərin müasir dünyaya inteqrasiyası, beynəlxalq tədbirlərdə iştirakı, xaricdə təhsil alması, eləcə də xarici dil biliklərinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlər və proqramlar silsiləsinə Mərkəzin hər həftənin sonu təşkil etdiyi Danışıq Klubu (Conversation club) daxildir. Klubun təşkil edilməsində əsas məqsəd gənclərin xarici dillərdə ünsiyyət bacarıqlarının biliklərinin inkişaf etdirilməsinə kömək etməkdir.
|
Təhsilə Dəstək Proqramının rəhbərliyi Şagird İnkişaf Komitəsində olmuşdur
 Əsas məqsədi Şagird İnkişaf Komitəsinin gördüyü işlərlə tanış olmaq, gələcək planlarını və Təhsilə Dəstək Proqramının Komitədən gözləntilərini müzakirə etmək olan səfər çərçivəsində qonaqlar layihənin əhatə etdiyi məktəblərdə olmuş, keçirilən təlimlərdə iştirak etmiş, müəllim və valideynlərlə görüşmüşlər. Qonaqlar Şagird İnkişaf Komitəsinin yerləşdiyi ofislə və şagirdlər üçün təşkil etdiyi xidmətlərlə yaxından tanış edilmişdir.
|
V.Quliyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayında çıxış etmişdir
 Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayı keçirilmişdir. Təsis qurultayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər və dövlət komitələrinin nümayəndələri iştirak etmişlər.
|
|
|