|
|
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaranır
 Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət təşkilatı olan Toplum Könüllüləri Vakfının nümayəndələri Azərbaycandadırlar. Əsas məqsədi Azərbaycanda qeyri-hökumət gənclər və tələbə təşkilatları ilə əməkdaşlıq etmək və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə proqramlar icra etmək olan səfər çərçivəsində dünən və bu gün bir neçə QHT ilə görüş keçirilmişdir. Bu gün Gənclər üçün Təhsil Mərkəzində başlayan görüşü giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Vakfın ölkəmizə dəvət edilməsində məqsədin gənclərdə və tələbələrdə könüllülük ideyalarının təşviq edilməsinə kömək etmək olduğunu bildirdi. O, Vakfın Azərbaycanda yaradılması istiqamətində artıq müzakirələr aparıldığını və bu günlərdə rəsmiləşdirəcəklərini qeyd etdi.
|
Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ilin yekunlarına həsr olunmuş konfrans keçirəcək
 Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ildə gördüyü işlər haqqında ictimaiyyəti, eləcə də öz üzvlərini məlumatlandırmaq məqsədilə növbəti həftə yekun konfrans keçirəcək. Konfransda Mərkəzin ötən il ərzində həyata keçirdiyi layihə və proqramlar, tədbirlər, beynəlxalq əməkdaşlıq və s. haqqında məlumatlar veriləcək.
|
Milli azlıqlardan olan gənclərin layihələri başa çatır
 Bir neçə ay bundan öncə, Azərbaycanda ilk dəfə olaraq regionlarda yaşayan və milli azlıqlardan olan gənclərin kiçik layihə təşəbbüslərinə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən maliyyə dəstəyi verilmişdir. Əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai fəallığını artırmaq və onların yerli problemlərin həllində iştirakını təşviq etmək olan proqram artıq bitmək üzrədir. Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan Fərqli olsaq da, birlikdəyik adlı layihə çərçivəsində reallaşan 10 kiçik layihə milli azlıqdan olan gənclərin təşəbbüsü ilə meydana çıxmış və icra edilmişdir.
|
Türk Toplum Gönüllüləri Vakfının nümayəndə heyəti Azərbaycana gəlir
 Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə 29-30 yanvar 2010-cu il tarixdə Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Türk Toplum Gönüllüləri Vakfının nümayəndləri Azərbaycana gəlir. Səfərin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları ilə əməkdaşlıq etmək və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə proqramlar icra etməkdir.
|
Gənclər virtual aləm haqqında bilik əldə edirlər
 Gənclər üçün Təhsil Mərkəzi ötən ilin sentyabr ayından Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Gənclər üçün İKT Məktəbi layihəsini davam etdirir. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir. Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin başladığı vaxtdan bu günədək 2680 gənci əhatə edib.
|
20 ildir unutmuruq internet aksiyasına start verildi
 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur. Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq bu gün 20 ildir unutmuruq adlı internet aksiyaya start verdi. 19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir. Aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.
|
Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək verilməyə başladı
 Bu gün Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına start verdi. Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.
|
“QHT Məktəbi” bu ilə yekun vurdu
 Gənclər üçün Təhsil Mərkəzi bu gün “QHT Məktəbi” proqramının bu il üzrə fəaliyyətinə yekun vurmaq məqsədilə Milli QHT Forumunda təqdimat mərasimi keçirmişdir. Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan “QHT Məktəbi”nin təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Məktəbi haqqında geniş məlumat vermiş, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, QHT Məktəbi artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu günədək 750 nəfər bu Məktəbin məzunu ola bilib. O, eyni zamanda bildirib ki, Məktəb dörd istiqamətdə fəaliyyət həyata keçirir. Buraya QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili və informasiya kampaniyalarının keçirilməsi daxildir.
|
Mərkəz ipoteka kreditlərinə həsr olunmuş seminarlara başlayır
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən ipoteka kreditlərinin verilməsinə həsr olunmuş seminarların keçirilməsinə başlayır. Əsas məqsədi ipoteka kreditlərinin verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş proseduralar haqqında ictimaiyyəti məlumatlandırmaq olan seminarların ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində keçirilməsi planlaşdırılıb. Əsasən gənclərin iştirakını nəzərdə tutan seminarlarda iştirakçılara ipoteka kreditinin verilməsi şərtləri, növləri, tətbiq olunan güzəştlər, tələb olunan sənədlər və s. haqqında dolğun informasiyalar veriləcəkdir.
|
Öyrən və təhlükəsiz ol ! proqramı başa çatdı
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı Öyrən və təhlükəsiz ol ! adlı proqramına bu gün yekun vurulmuşdur. Əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram ölkəmizin 24 rayonunu əhatə etmişdir. Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilmişdir. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilmişdir.
|
|
|