«    İyul 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 



Mövzulara E-mail ilə abunə ol










 

8 aprel 2010-cu il tarixdə Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənubi Qafqaz hüquq təhsili metodikası” adlı beynəlxalq konfrans keçirilmişdir.
Əsas məqsədi Cənubi Qafqazda hüquq təhsilinin inkişafına kömək etmək, mövcud problemlərin və onların həlli yollarının tapılmasına həsr olunmuş konfransda Gənclər üçün Təhsil Mərkəzinin kadr məsələləri və sənədləşdirmə bölməsinin rəhbəri Rasim Ağayev də iştirak etmişdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Anadolu Türk Litseyinin akt zalında Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyinin ilk təqdimatı keçirildi.
Türk və azərbaycanlı tələbələrin, QHT və KİV nümayəndələrinin, eləcə də təhsil işçilərinin qatıldığı təqdimatın keçirilməsində əsas məqsəd Vakfın fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və gələcək inkişaf strategiyalarını iştirakçılarla bölüşmək olmuşdur.
Könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin işinə maddi və texniki dəstək göstərən Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi adından direktor müavini Günay Sadıxova tədbirdə çıxış etmiş və bu gün Türkiyə və Azərbaycan gənclərinin birgə fəaliyyət göstərəcəyi ortaq bir qurumun olmasına ehtiyac olduğunu bildirmişdir.


 

Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı  Dünən Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı.
Əsas məqsədi könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin yaranması prosesində azərbaycanlı gənclərlə yanaşı türkiyəli tələbə-gənclər də iştirak etmişdir.
Qeyd edək ki, nümayəndəliyin yaranması üçün Gənclər üçün Təhsil Mərkəzi bir neçə dəfə qarşılıqlı tanışlıq səfərlərinin keçirilməsini təmin etmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq “Müasir təlim metodlar” adlı kitabın hazırlanmasına başlayıb.
Özündə beynəlxalq və yerli təcrübəyə əsaslanmış bilikləri toplayan kitabın hazırlanmasında əsas məqsəd qeyri-formal təhsilin inkişafına kömək etmək, eləcə də müasir təlim, seminar və təqdimatların keçirilməsi zamanı ehtiyac duyulan nəzəri və praktiki informasiyalardan istifadəni asanlaşdırmaqdır.
Kitabda interaktiv təlimlərin, seminarların, eləcə də təqdimat və konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi zamanı hansı addımların atılması, hazırlıq və icra prosesi zamanı istifadə olunan metodlar, bu sahədə yerli və beynəlxalq təcrübə, təlimçilər üçün bilgilər və s. məlumatlar öz əksini tapacaq.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində “Parlaq Düşüncənin Gücü” adlı təqdimat mərasimi keçirilmişdir.
Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi.
Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada “daxili səsimizi eşitməyi bacarırıqmı”, “seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir”, “daxili nitqimizi nə dərəcədə dəyişə bilərik”, “həyatda bizə nəyin mane olduğunu necə bilək”, “özünə inamsızlıq nədən yaranır” və s. mövzulara toxunulmuşdur.


 

Bir neçə gün bundan öncə Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı ölkəmizə tanışlıq səfərinə gəlmişdir.
Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatmışdır.
Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi Novruz bayramını kimsəsiz uşaqlar və yaşlı insanlarla birgə qeyd etmişdir.
Bayram sevincini diqqətdən kənarda qalmış insanlarla birgə bölüşmək məqsədi daşıyan tədbirdə uşaqlara və yaşlı insanlara bayram hədiyyələri verilmiş, süfrə açılmış və mədəni-əyləncəli proqram təşkil edilmişdir.
Tədbirdə Mərkəzin rəhbərliyi ilə yanaşı, incəsənət ustaları və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev mart ayının 9-da Ukraynada Avropa Şurasının və Soros Fondunun dəstəyi ilə təşkil olunan beynəlxalq seminara yollanmışdır. “Gənclər siyasətinin inkişafı” mövzusunda keçirilən seminarın əsas məqsədi Şərqi Avropa və Qafqaz regionunda gənclər siyasətinin inkişaf etdirilməsi, birgə layihə və proqramlar həyata keçirməkdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində Azərbaycanda təhsil alan bir qrup türk tələbə ilə Mərkəzin direktoru Vüsal Quliyev arasında görüş keçirilmişdir.
Əsas məqsədi iki qardaş ölkənin tələbələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olan görüşdə bir sıra məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir. Belə ki, türk tələbələr ictimai işlərdə fəallıq göstərmək niyyətində olduqlarını, lakin bunun üçün imkanların az olduğunu qeyd etmişlər.
V.Quliyev rəhbəri olduğu Mərkəzin, eləcə də digər müvafiq qurumların daima türk gənclərə və tələbələrə xüsusi diqqət ayırdığını, onlarla birgə işləmək marağında olduğunu, həmçinin bunun üçün zəruri imkanların mövcudluğunu bildirmişdir.


 

Bu gün Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tanışlıq və gələcək əməkdaşlıq üçün Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində oldular.
Mərkəzin direktoru Vüsal Quliyev qonaqlara Mərkəz haqqında geniş təqdimat etdi və görülmüş işlər barədə məlumat verdi. O, 2008-ci ildə Göygöl rayonu Aşıqlı kənd orta məktəbinin yenidən bərpa edilməsində Mərkəzə verdiyi dəstəyə görə Səfirliyə bir daha təşəkkür etdi.






Ən çox oxunan məlumatlar

» “Gəncliyimiz və 135 illik mətbuatımız”
» "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
» “Könüllülük Məktəbi” yaradıldı
» "QHT Məktəbi"nin yay proqramları bitdi
» Qafqazda təhsil üzrə əməkdaşlıq
» Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər
» “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı
» Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur