|
|
Qlobal Gənclər Xidməti Günü Azərbaycanda da qeyd olunur
 Əsası ilk dəfə 1988-ci ildə ABŞ-da qoyulan, hər il milyonlarla uşaq və gənc tərəfindən öz icmalarında göstərilən xidmətlərin inkişafı münasibəti ilə qeyd edilən Qlobal Gənclər Xidməti Günü bu ildən başlayaraq Azərbaycanda da qeyd olunacaq. Qeyd edilən gün 100-dən artıq ölkədə keçirilir və əsas məqsədi gənclərə göstərilən icma xidmətlərinin inkişaf etdirilməsidir. 23-25 aprel 2010-cu ildə qeyd ediləcək Qlobal Gənclər Xidməti Günü isə ölkəmizdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq.
|
Vətənpərvər kimdir? sorğusu başladı
 Gənclər üçün Təhsil Mərkəzi bu gün Vətənpərvər kimdir? sosioloji sorğusunun keçirilməsinə start verdi. Sorğunun keçirilməsində əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaqdır. Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər.
|
Region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradıldı
 Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək adlı layihənin icrasına start vermişdir. Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur. Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır.
|
Mərkəz əməkdaşı beynəlxalq konfransda iştirak etmişdir
 8 aprel 2010-cu il tarixdə Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz hüquq təhsili metodikası adlı beynəlxalq konfrans keçirilmişdir. Əsas məqsədi Cənubi Qafqazda hüquq təhsilinin inkişafına kömək etmək, mövcud problemlərin və onların həlli yollarının tapılmasına həsr olunmuş konfransda Gənclər üçün Təhsil Mərkəzinin kadr məsələləri və sənədləşdirmə bölməsinin rəhbəri Rasim Ağayev də iştirak etmişdir.
|
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndliyinin təqdimatı keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Anadolu Türk Litseyinin akt zalında Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyinin ilk təqdimatı keçirildi. Türk və azərbaycanlı tələbələrin, QHT və KİV nümayəndələrinin, eləcə də təhsil işçilərinin qatıldığı təqdimatın keçirilməsində əsas məqsəd Vakfın fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və gələcək inkişaf strategiyalarını iştirakçılarla bölüşmək olmuşdur. Könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin işinə maddi və texniki dəstək göstərən Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi adından direktor müavini Günay Sadıxova tədbirdə çıxış etmiş və bu gün Türkiyə və Azərbaycan gənclərinin birgə fəaliyyət göstərəcəyi ortaq bir qurumun olmasına ehtiyac olduğunu bildirmişdir.
|
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı
 Dünən Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı. Əsas məqsədi könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin yaranması prosesində azərbaycanlı gənclərlə yanaşı türkiyəli tələbə-gənclər də iştirak etmişdir. Qeyd edək ki, nümayəndəliyin yaranması üçün Gənclər üçün Təhsil Mərkəzi bir neçə dəfə qarşılıqlı tanışlıq səfərlərinin keçirilməsini təmin etmişdir.
|
ELAN - TOG-un Azərbaycan nümayəndəliyinin təqdimatı
 Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfı (TOG) və Gənclər üçün Təhsil Mərkəzi birgə bu günlərdə TOG-un Azərbaycan nümayəndəliyinin yaradılmasına qərar verilmişdir. Nümayəndəliyin yaradılması münasibəti ilə 6-9 aprel 2010-cu ildə ölkəmizə TOG-un baş ofisindən qonaqlar dəvət edilmişdir. Əgər Siz də TOG-un Azərbaycan nümayəndəliyinin fəaliyyətində yaxından iştirak etmək, könüllü olmaq, eləcə də ölkəmizdə olan qonaqların təlimlərində iştirak edib, növbəti dövr üçün planlarla tanış olmaq istəyirsinizsə bizə qoşulun!
|
ELAN - Məqsədə nail olmağın sirri
 Gənclər üçün Təhsil Mərkəzi Sizləri Məqsədə nail olmağın sirri adlı təqdimata dəvət edir. Təqdimatın keçirilməsində əsas məqsəd gənclərə məqsədə çatmaqda düzgün hədəf seçə bilmək və həyata yeni baxışla baxmaq haqqında psixoloji biliklər verməkdir. Təqdimat Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində, psixoloq Saqibə Əhmədova tərəfindən aparılacaqdır.
|
Müasir təlim metodları kitabı hazırlanır
 Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq Müasir təlim metodlar adlı kitabın hazırlanmasına başlayıb. Özündə beynəlxalq və yerli təcrübəyə əsaslanmış bilikləri toplayan kitabın hazırlanmasında əsas məqsəd qeyri-formal təhsilin inkişafına kömək etmək, eləcə də müasir təlim, seminar və təqdimatların keçirilməsi zamanı ehtiyac duyulan nəzəri və praktiki informasiyalardan istifadəni asanlaşdırmaqdır. Kitabda interaktiv təlimlərin, seminarların, eləcə də təqdimat və konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi zamanı hansı addımların atılması, hazırlıq və icra prosesi zamanı istifadə olunan metodlar, bu sahədə yerli və beynəlxalq təcrübə, təlimçilər üçün bilgilər və s. məlumatlar öz əksini tapacaq.
|
Parlaq Düşüncənin Gücü mövzusunda təqdimat
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Parlaq Düşüncənin Gücü adlı təqdimat mərasimi keçirilmişdir. Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi. Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada daxili səsimizi eşitməyi bacarırıqmı, seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir, daxili nitqimizi nə dərəcədə dəyişə bilərik, həyatda bizə nəyin mane olduğunu necə bilək, özünə inamsızlıq nədən yaranır və s. mövzulara toxunulmuşdur.
|
|
|