«    İyul 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 



Mövzulara E-mail ilə abunə ol










 

Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Hər iki qurumun rəhbərliyi arasında “Bakıdan regionlara təhlükəsiz yol” adlı layihə üzrə müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən bir neçə ay davam edəcək layihənin əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir.


 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi maraqlı tədbirlər proqramı həyata keçirib. Lent.az-ın məlumatına görə, Mərkəz bu gün regionlarda uşaq hüquqlarının təbliği məqsədilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar keçirib.
Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalarda yüzlərlə məktəbli və yeniyetmə iştirak edib, onlar uşaq hüquqları və onun qorunması mexanizmi barədə praktiki məlumatlar əldə edə biliblər.


 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən “Ekoloji yay məktəbləri” təşkil edəcək.
Mərkəzdən mətbuata verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.


 

Sabirabad rayonunda baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi də gənclər arasında yardım aksiyalarının keçirilməsinə start verib. Məlumata görə, 3 gün ərzində 200-dən artıq gənc üçün müxtəlif geyim və ərzaq toplanıb. Toplanmış yardımlar bu gün Mərkəz əməkdaşları tərəfindən Şirvan şəhərində təbii fəlakətdən əziyyət çəkən insanlar üçün qurulmuş çadırlardakı gənclərə aparılıb.


 

Xeber24.com saytında bir ay bundan öncə keçirilməyə başlayan "Azərbaycanda hansı gənclər təşkilatının fəaliyyətini daha yüksək qiymətləndirirsiniz?" adlı sorğu başa çatdı.
Sorğuda iştirak edən 405 nəfərin 205-i (50.6%) səslərini "Gənclər üçün Təhsil Mərkəzi"nə verərək bu gənclər təşkilatını sorğunun qalibi edib.


 

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başladı. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.
Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.


 

Macarıstanın “Egyesek” Təşkilatının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti bu gün Budapeşt şəhərinə rəsmi səfərə getmişdir.
Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də “Davamlılıq inkişafda” beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək.
Səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək.
Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə “Azərbaycan günü” də keçiriləcək.


 

“Qlobal Gənclər Xidməti Günü” Azərbaycanda da qeyd olunurƏsası ilk dəfə 1988-ci ildə ABŞ-da qoyulan, hər il milyonlarla uşaq və gənc tərəfindən öz icmalarında göstərilən xidmətlərin inkişafı münasibəti ilə qeyd edilən “Qlobal Gənclər Xidməti Günü” bu ildən başlayaraq Azərbaycanda da qeyd olunacaq.
Qeyd edilən gün 100-dən artıq ölkədə keçirilir və əsas məqsədi gənclərə göstərilən icma xidmətlərinin inkişaf etdirilməsidir.
23-25 aprel 2010-cu ildə qeyd ediləcək “Qlobal Gənclər Xidməti Günü” isə ölkəmizdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gün “Vətənpərvər kimdir?” sosioloji sorğusunun keçirilməsinə start verdi.
Sorğunun keçirilməsində əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaqdır.
Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər.


 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start vermişdir.
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur.
Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır.






Ən çox oxunan məlumatlar

» “Gəncliyimiz və 135 illik mətbuatımız”
» "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
» “Könüllülük Məktəbi” yaradıldı
» "QHT Məktəbi"nin yay proqramları bitdi
» Qafqazda təhsil üzrə əməkdaşlıq
» Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər
» “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı
» Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur