BRITISH COUNCIL - SORĞU
 Gənclər üçün Təhsil Mərkəzi Sizi British Council təşkilatının Mədəni Əlaqələr layihəsi çərçivəsində keçirilən sorğuda fəal iştirak etməyə dəvət edir. Sorğunun əsas məqsədi sizin İngiltərə və ölkəniz arasındakı mədəni əlaqələrə baxışlarınızı araşdırmaqdır: bu əlaqələr nə qədər möhkəm, nə qədər əhəmiyyətlidir və hansı yollarla bu əlaqələri daha da möhkəmləndirmək olar. Sorğu üç hissədən ibarətdir: 1-ci hissə: Məhz sizə aid olan suallardan ibarətdir ki, əsas məqsəd Sizin baxışlarınızı və işlədiyiniz təşkilatı öyrənməkdir; 2-ci hissə: Sizin işlədiyiniz sektorda Böyük Britaniya və ölkəniz arasındakı əlaqələrə münasibətinizi əks etdirir; 3-cü hissə: Böyük Britaniya və ölkəniz arasındakı münasibətlərin təbiəti haqqında daha geniş düşüncələrinizi əks etdirir.
|
Məqalə müsabiqəsi - Gənclər üçün Avropa Şurası
 Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının 60 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə Gənclər üçün Avropa Şurası adlı məqalə müsabiqəsi elan edir. Məqalə müsabiqəsinin əsas məqsədi: Gənclərin Avropa Şurası ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.
|
"Bələdiyyələr gənclərin gözü ilə" məqalə müsabiqəsi
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin oktyabr ayından başlayaraq həyata keçirdiyi Bələdiyyələrə dəstək, özümüzə kömək proqramı çərçivəsində Bələdiyyələr gənclərin gözü ilə məqalə müsabiqəsi elan edir. Məqalə müsabiqəsinin əsas məqsədi: Gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.
|
Conversation Klub - ELAN
Əziz gənclər!
İngilis dilini daha mükəmməl öyrənmək və bu dildə ünsiyyət bacarığınızı artırmaq istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzində təşkil olunan Conversation klubda iştirak edin. Klub həftənin şənbə günləri, 1 saat olmaqla, müxtəlif mövzularda və formalarda təşkil ediləcək. Klubda iştirak etmək istəyənlər CV-lərini 03 noyabr 2009-cu il, saat 17:00-dan gec olmayaraq aşağıdakı elektron poçt ünvanına və ya ofis ünvanına göndərə bilərlər:
|
Təcrübə Proqramına qəbul - ELAN
 Gənclər üçün Təhsil Mərkəzi ictimaiyyətin təhsil sahəsində informasiyasının genişləndirilməsi məqsədilə yaratdığı internet portalının işində iştirak etmək, iş qabiliyyətlərinin inkişaf etdirilməsinə və təcrübə toplamasına kömək etmək məqsədilə gənclər üçün Təcrübə Proqramı elan edir. Təcrübə Proqramında iştirak etmək üçün əsas kriteriyalar: - Yüksək motivasiya, enerji, zaman və könüllü işləmək həvəsi; - Təhsil sahəsində ümumi məlumatlılıq və ilkin iş təcrübəsi; - Komandada işləmək bacarığı; - Həvəskar jurnalistlik qabiliyyətinin olması; - Kompyuter bilikləri və internetdə sərbəst işləmək bacarığı.
|
Mərkəz Beynəlxalq Təhsil və Karyera Sərgisində
 Gənclər üçün Təhsil Mərkəzi 10-12 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində iştirak edəcək. Mərkəzin sərgidə iştirakının əsas məqsədi təhsil sahəsində həyata keçrilən layihələri, son naliyyətləri təqdim etmək və bu sektorun inkişaf etdirilməsi üçün yeni hədəf və məqsədlər müəyyən etmək, məktəbli və tələbələrin problemlərinin həllinə yönələn fəaliyyətlər təşkil etmək, təhsilin inkişafına yönələn yeni ideyalar irəli sürmək, tələbələri, şagirdləri, bir sözlə gəncləri aktiv vətəndaş cəmiyyəti quruculuğuna yönəltməkdən ibarətdir.
|
Milli azlıqlardan olan gənclər üçün təlim
 Gənclər üçün Təhsil Mərkəzi Fərqli olsaq da birlikdəyik devizi altında Azərbaycan ərazisində yaşayan milli azlıqlardan olan gənclərin inkişafına həsr olunmuş milli təlim kursunun Avropa Şurası Avropa Gənclər Fondunın maliyyə dəstəyi vasitəsi ilə icrasını elan edir. Layihənin başlıca məqsədləri respublikanın müxtəlif regionlarında yaşayan milli azlıqlardan olan gənclərini vətəndaş cəmiyyəti, QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması, onların vətəndaş cəmiyyətinə inteqrasiyasının təmin olunması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanmasıdır.
|
Azərbaycanda ilk dəfə: Təhsil Portalı
 Məlumat üçün bildiririk ki, Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Azərbaycanda ən böyük təhsil portalını ictimaiyyətin istifadəsinə təqdim etdi. Azərbaycan Təhsil Portalının yaradılmasında əsas məqsəd yerli və beynəlxalq təhsil sistemi haqqında informasiyaları vahid mərkəzdən ictimaiyyətə ötürməkdir.
|